Banner

Turizm

Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ

Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ | FED.az
12:52 30 May 2020

Koronavirus pandemiyası dövründə turizm sahəsi üzrə çalışan sahibkarlara verilən məbləğ açıqlanıb.

Eləcə də bax: Turizm sahəsi üzrə dövlət dəstəyi üçün müraciət edən sahibkarların - SAYI AÇIQLANIB

FED.az xəbər verir ki, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, bu dövrdə dövlət hotellərdə, obyektlərdə dezinfeksiya və digər xərcləri nəzərə alıb və şirkətlər üçün güzəştlər edir:

“Mayın 15-dək hotelçilər və turizmçilər işçilərin maaşlarını vermək üçün dövlətdən 7 milyon 500 min manatdan çox yardım alıblar. Dövlət milyonlarla pul xərcləyib ki, turizmçilərə dəstək olsun”.

K.Quluzadə qeyd edib ki, turizm sahəsinə dəyən ziyan uzunmüddətli olacaq:

“Dəstək üçün yeni mexanizmlər axtarırıq. Onu deyə bilərəm ki dünya turizmi bir-iki ilə tam olaraq formalaşacaq”.

Digər xəbərlər

Banner