Banner

Turizm

Türkiyədə turistlərə - Qadağa

Türkiyədə turistlərə - Qadağa | FED.az
14:47 30 Dek 2020

Türkiyədə turistlərin küçə, bulvar və meydanlara girişi qadağan olunacaq.

Eləcə də bax: Türkiyəyə səfər edənlərin - Nəzərinə!

FED.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik 81 əyalətin valiliklərinə “Küçə, bulvar, meydan tədbirləri” haqqında sənəd göndərib.

Sənədə əsasən, xarici turistlərin əyalət və rayon mərkəzlərində simvolik olan, görüş və şənlik bölgələri kimi tanınan küçə, bulvar və meydanlara girişi Yeni il ərəfəsində məhdudlaşdırılacaq.

Qadağa 31 dekabr 2020-ci il saat 21: 00-dan 1 yanvar 2021-ci il saat 10: 00-dək qüvvədə olacaq. (“Qafqazinfo”)

Banner
Banner

Digər xəbərlər