Vakansiyalar

"AccessBank" işçi axtarır - VAKANSİYA

"AccessBank" işçi axtarır - VAKANSİYA | FED.az
19:53 5 Avq 2020

FED.az xəbər verir ki, "AccessBank" əlaqə mərkəzi şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: "Optimal Elektronika" işçi axtarır - VAKANSİYA

Öhdəliklər

 Əlaqə Mərkəzinə daxil olan zənglərin cavablandırılması və düzgün qeydiyyata alnması;
 Onlayn kanallar vasitəsilə daxil olan sorğuların vaxtında emal olunub cavablandırılması;
 Zəng edən bank müştərilərinə və potensial müştərilərə keyfiyytəli xidmət göstərilməsi;
 Gündəlik, həftəlik və aylıq hesabatların düzgün işlənib hazırlanması və Əlaqə Mərkəzinin rəhbərliyinə təqdim olunması;
 Əlaqə Mərkəzinin planlarının yerinə yetirilməsinə dəstək olunması.

Tələblər

 Ali təhsil;
 Müvafiq sahə üzrə təcrübə olması arzuolunandır;
 Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək səviyyədə, ingilis dili bilənlərə üstünlük verilir;
 Kompüter bilikləri: MS Office;
 Yüksək ünsiyyətqurma bacarığı: aydın və səlis danışıq, qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
 Dəqiqlik, operativlik və məsuliyyətlilik;
 Komandada işləmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 14.08.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Əlaqə mərkəzi şöbəsinin kiçik mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Digər xəbərlər

Banner