FED.az xəbər verir ki, «Atəşgah» Sığorta Şirkəti İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Application Support – SQL Developer) vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "AzSığorta" işçi axtarır - VAKANSİYA
Namizədə tələblər
i. Yaş həddi : 22-30
ii. Təhsil: Ali
iii. İş təcrübəsi:ən azı 1 il müvafiq sahə üzrə
iv. Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
v. MS SQL Server və PostgreSQL ilə iş bacarığı
vi. Mürəkkəb DML, DDL, DCL and TCL sorğular yazmaq və onları optimallaşdırmaq bacarığı.
vii. Analitik təhlil və operativlik bacarığı
viii. Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı
ix. İdarəetmə və analitik hesabatların işlənib hazırlanması
x. Texniki sənədləri tərtib etmək təcrübəsi
İş şərtləri
i. Əmək müqaviləsi bağlanılır
ii. İş vaxtı 09:00 - 17:30
iii. İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
iv. Sabit əmək haqqı 700 AZN
Məlumatlandırıcı qeydlər
i. Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
ii. CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
iii. CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
iv. Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
v. İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
vi. Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
vii. CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
viii. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV'lərini (şəkilsiz CV'lərə baxılmayacaq) [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq "İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Application Support – SQL Developer)" qeyd etmələri xahiş olunur.
“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.