FED.az xəbər verir ki, “AzInTelecom” MMC Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
Şöbə: Kommersiya departamenti/ Korporativ kommunikasiyalar şöbəsi/
Marketinq kommunikasiyaları sektoru
Vəzifə öhdəlikləri:
- Xarici və daxili kommunikasiyalar üçün qrafik dəstəklərin hazırlanması
- Rəqəmsal daşıyıcıların UI/UX işlərinin koordinasiyası
- Şirkətdaxili və şirkətdənkənar təqdimatların hazırlanması
- Promo məhsulların dizaynının hazırlanması
- Korporativ üslubun daima yeniləməsi və genişləndirilməsi
- Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi
- Yeni layihə üçün tələb olunarsa korporativ üslubun hazırlanması
Tələb olunan bilik və bacarıqlar:
- Əsas dizayn proqramları üzrə (CorelDraw, Adobe Illustrator, Adobe Photoshop) biliklər
- Əlavə proqram bilikləri (3d Max, Adobe InDesign, Adobe XD, Adobe AfterEffect arzu olunandır)
- Texniki/peşəkar biliklər və bacarıqlar (İşçinin işinə aid və lazım olan bilik və bacarıqların səviyyəsi və öyrənməsi)
- Rəqəmsal və çap materialları ilə peşəkar səviyyədə işləmə bacarığı
- MS Power Point ilə işləmək bacarığı
- Məsuliyyət və nəticəyə yönümlülük
- Kreativ düşüncə
- Stresədavamlılıq
Xüsusi tələb: Portfolio
Təhsili: Ali təhsil (incəsənət sahəsində ali təhsil arzuolunandır)
Dil bilikləri: Azərbaycan və rus (sərbəst), ingilis dilini bilənlərə üstünlük verilir.
İş təcrübəsi:Qrafik dizayn işləri ilə əlaqədar ən azı 6 ay iş təcrübəsi (1 il və ya daha çox müddətə üstünlük verilir)
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.