Banner

Vakansiyalar

Bu şirkətlərə işçi lazımdır - SİYAHI - MAAŞ 1000-2500 MANAT - 10 VAKANSİYA

Bu şirkətlərə işçi lazımdır - SİYAHI - MAAŞ 1000-2500 MANAT - 10 VAKANSİYA | FED.az
00:42 27 Fev 2021

VAKANSİYA-1

İşəgötürən:  BESAN MMC

BESAN MMC - Texniki servis mütəxəssisi və İT mütəxəssisi

İş barədə məlumat

- Tibbi cihazların quraşdırılması və istifadəsi
- Mövcud müştəri bazası ilə işləmək
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək

Tələblər

- Ali təhsil
- İngilis dillində danışıq bacarığı
- Sürücülük vəsiqəsinin olması
- Microsoft Ofis proqramlarında işləmək bacarığı
- Komandada işləyə bilmək
- Yaş həddi: 20-28

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

VAKANSİYA-2

İşəgötürən: Trenders Agency MMC

İş yeri: Trenders Agency MMC - Rəqəmsal Marketinq üzrə mütəxəssis

 

Əsas tələblərimiz:

• İş təcrübəsi – 1 ildən artıq;
• Rəqəmsal marketinq üzrə analitik düşüncə;
• Rəqəmsal platformalar üzrə bilik və təcrübə;
• Sayt kontentinin tərtibatı və kontent menecment üzrə bilik və təcrübə;
• Xarici dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı səviyyədə – platformalarda işləyə və araşdırma edə biləcək qədər), Rus dili (arzuolunandır)

Məsuliyyətlər:

- Rəqəmsal və sosial mediya platformalarında gördüyümüz işlərin effektivliyinin ölçülməsi: Həyata keçirilmiş aksiyalarla bağlı hesabatların hazırlanması;
- Ads menecerlərin strategiyasına əsasən KPI -ların ölçülməsi və aylıq reportların hazırlanması: Google Analytics, Google Search Console, Facebook Business Manager və s. analiz toollarından peşəkar istifadə edilməsi;
- Sayt və sosial şəbəkələr üçün vaxtaşırı monitorinqin aparılması;
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz edilərək hesabatların hazırlanması;
- Veb saytların məzmununun (kontentinin) tərtibatı: Saytda məzmunun yenilənməsinin həyata keçirilməsi;
- İşlərin effektivliyinin artırılması üçün yeni təkliflər, test və tövsiyələri müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və tətbiqi: Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü, kreativ həllərin təqdim edilməsi;
- Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) işləmə bacarığı;

Şərtlər:

- 8 saat / 5 gün
- 30 gün ödənişli məzuniyyət / illik
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcək.

Müraciət:

CV məlumatlarınızı [email protected] ünvanına özünüz haqqında qısa məlumat yazaraq göndərin.

VAKANSİYA-3

İşəgötürən: Rortvest Safety uniform

Uniforma sahəsində işləyən xanim Dərzilər tələb olunur

İş saatlari 09:00 - 18:00
5 iş günü
Əmək haqqı danışıq əsasında olacaq

Ünvan: Qara Qarayev, Ayla şadlıq sarayının yanı

E-mail: [email protected]

Əlaqə nömrəsi: 0503932330 Elşən bəy

VAKANSİYA-4

İşəgötürən: Carlsberg Azerbaijan

Руководитель отдела Закупок

О Компании:

Carlsberg Azerbaijan является крупнейшим производителем пива в Азербайджане. В наше портфолио брендов входят следующие популярные сорта пива, такие как Хырдалан, Туборг, Балтика 7, Балтика 9, Балтика 0, Кулер, Афсана, 33 Экспорт, Жигулевское, Ярпиво, Карлсберг, Холстен, Гараж, крепкий лимонный напиток, Квас Тарас, Кроуненбург Бланк 1664, Somersby, Karmi Cherry Sensual. Мы постоянно увеличиваем количество брендов каждый год.

Условия работы:

Предложение компании: Карьерные возможности, конкурентоспособный компенсационный пакет (годовой базовый оклад + бонусы согласно политике компании) & социальный пакет (мед. страховка, лимитированная мобильная связь, сервис, питание & т.д.).

Месторасположение: г. Хырдалан, Шемахинское шоссе.

Основные должностные обязанности:

• руководить работой по проведению тендерных кампаний на закупку основного и вспомогательного сырья и материалов, торгово-рекламного оборудования, POSM и материалов товаро-продвигающей продукции, оборудования, запасных частей;
• руководить работой по заключению и исполнению договоров с поставщиками по обеспечению Компании основного и вспомогательного сырья и материалов, торгово-рекламным оборудованием, POSM и материалами товаро-продвигающей продукции, оборудованием, запасными частями;
• контролировать работу с поставщиками, обеспечивать развитие с ними партнерских отношений;
• анализировать целесообразность и эффективность величин нормативных запасов и сроков оборачиваемости, оперативно предлагать их пересмотр или корректировку для недопущения остановки производства, а также для минимизации издержек Компании, связанных с финансированием запасов;
• организовывать контроль за выполнением плана закупок и поставок основного и вспомогательного сырья и материалов, торгово-рекламного оборудования, POSM и материалов товаро-продвигающей продукции, оборудования, запасных частей;
• организовывать разработку и внедрение мероприятий по повышению эффективности использования материальных ресурсов, снижению затрат.
• Организовывать устранения несоответствий, выявленных в ходе аудита, в сроки, указанные в отчете по аудиту;
• Руководство работниками, находящимися в подчинении согласно штатному расписанию;
• Постановка задач перед работниками, обеспечивающих выполнение утвержденных планов, приказов и распоряжений руководства;
• Ведение регулярной работы по развитию сотрудников, проведение мероприятий по повышению мотивации персонала, планирование необходимых мер для их развития в компании, создание условий для развития преемственности и обмены знаниями;
• Постоянное повышение и поддержание профессионального уровня владения компетенциями, необходимыми для выполнения работ на данной должности;
• Соблюдение принципов социального партнерства, не допущения нарушений трудового законодательства в управленческой работе с персоналом, поддержание социальной стабильности в коллективе;
• Формирование и контроль исполнения бюджета закупок и контролируемых показателей;
• Обеспечение работников отдела необходимыми инструктивными и справочными материалами, программами, а также инвентарем, оборудованием, оргтехникой, техническими средствами, канцелярскими и другим необходимым;
• Контроль трудовой и исполнительской дисциплины работников, находящихся в подчинении;
• Организация разработки нормативных документов Отдела снабжения и контроль над их актуальностью;
• Организация своевременного ознакомления персонала отдела с документацией
Компании, в части касающейся деятельности Отдела снабжения;
• Организация участия подчиненных в составлении перспективных и текущих планов развития Отдела снабжения;
• Контроль выполнения работниками Отдела снабжения обязанностей, предусмотренных действующими нормативными документами Компании;
• Контроль правильности расходования бюджета Отдела снабжения;
• Соблюдение коммерческой тайны;
• Соблюдение правил внутреннего трудового распорядка.

Требования к кандидатам:

• Высшее образование (желательно экономическое)
• Знание русского языка, английский - выше среднего;
• Опыт работ в закупках в FMCG сфере не менее 5 лет; в качестве руководителя по этому же направлению 3 года
• Продвинутый пользователь MS Office (Word, Excel, Power Point)

Знания и Навыки:

- Навыки лидера и командной работы;
- Навыки ведения презентаций;
- Ведение тендерного процесса;
- Навыки ведения сложных переговоров;
- Аналитический склад ума;
- Быстрое решение поставленных задач;
- Умение планировать, расставлять приоритеты в работе;
- Желание развиваться;
- Стрессоустойчивость;
- Грамотная речь;
- Коммуникабельность, ответственность;
- Готовность к многозадачности;
- Готовность к ненормированному рабочему графику.

Контакты:

Если Вы соответствуете вышеуказанным требованиям и хотели бы претендовать на данную, интересную и сложную одновременно вакансию, пожалуйста, пришлите Ваше резюме на :

https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/

 https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/

Последний срок подачи заявок: пятница, 31 марта 2021 г.

Обращаем ваше внимание, что только с ограниченное число кандидатов будет приглашено на собеседование.

VAKANSİYA-5

İşəgötürən: ArchiCO MMC

Tikinti bazarında fəaliyyət göstərdiyimiz 10 ildən çox müddət ərzində özümüzü operativ, yenilikçi və sifarişçi yönümlü olduğumuzu sübut edə bildik. Bunun nəticəsidir ki, bu gün ArchiCO Azərbaycanın ən böyük mühəndislik və tikinti şirkətlərindən birinə çevrilmişdir.
Hal-hazırda Şirkətimizdə 2000-dən artıq insan çalışır. Bu gün ArchiCO bir sıra layihələrdə dünyanın tanınan Şirkətlər ilə əməkdaşlıq edir. İdarəetmə sistemimiz isə beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.

Hal-hazırda ArchiCO-nun Sumqayıt şəhərində yerləşən layihəsində yeni vakansiya mövcuddur:

Vəzifə: Baş mühasib

İş qrafiki: 09:00 – 18:00 / beşgünlük
Əməkhaqqı: 1200-1500 AZN
İş yeri: Sumqayıt şəhəri

İş barədə məlumat

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarını tərtib etmək və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunu aparmaq, inventarizasiyanın müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək və prosesdə iştirak etmək;
• Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
• Hesab və elektron qaimə-fakturaları yazmaq;
• Daxili mühasibatlıq sistemində köçürmələri idarə etmək;
• Gündəlik hesabları üzrə qalıqların hesabatını aparmaq;
• Mal/Xidmətlərin, müqavilə və sifarişləri yoxlamaq;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin etmək;
• Əməkhaqqının verilmə dövrünə uyğun olaraq bütün əməkhaqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək;
• Əməkhaqqına dair hesablamaları aparmaq və hesabatları tərtib etmək;
• İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açmaq və əməkdaşların əməkhaqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək;
• Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyini saxlamaq;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirmək.

Tələblər:

• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi 5 ildən az olmayan iş təcrübəsi;
• Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır);
• MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

CV-lərinizi [email protected] ünvanına "Baş mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur.

VAKANSİYA-6

İşəgötürən: Express Customs Services MMC

Express Customs Services MMC Gömrük əməliyyatları üzrə Broker vəzifəsinə vakansiya elan edir.

İş öhdəlikləri:

• Gömrükdə tranzit, idxal və ixrac bəyyannamələrinin tərtib edilməsi və yük müşayət sənədlərin hazırlanması;
• Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək
• Gömrükdən keçən malları şirkət anbarına çatdırılmasını və təhvil verilməsinin təşkili;
• Gömrük və logistika xidmətləri üzrə müraciət edən müştərilərlə əlaqə qurmaq,
• Gömrük xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyaları yerinə yetirmək
• İş qrafiki:Həftəiçi 09:00-18:00;Şənbə 10:00 – 13:00
• İstirahət günü: Bazar.

Namizədə tələblər:

• Tranzit, idxal, ixrac yüklərin gömrüklənməsi barədə ümumi anlayış
• Təhsil: Ali təhsilli və yaş həddi 20-25 (logistika üzrə təhsil üstünlük veriləcəkdir);
• Logistika və ixrac əməliyyatları sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
• Gömrük məcəlləsi haqqında ümumi anlayış
• Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
• Xanım namizədlərə üstünlük veriləcək
• Rus dilini bilmək üstünlük hesab ediləcək.

Qeyd: İş yeri Şıxov qəsəbəsində yerləşir.Baş Gömrük idarəsinin yaxınlığı
Əmək haqqı – müsahibə əsasında

Maraqlanan namizədlərdən yenilənmiş CV-lərini Gömrük əməliyyatları üzrə Broker başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

VAKANSİYA-7

İşəgötürən: Fast Food restaurant

Bakıda fəaliyyət göstərən yerli fast food şəbəkəsinə Layihə rəhbəri/direktor tələb olunur.

Tələb olunan bilik və bacarıqlar:

- Restoran sahəsində idarə etmədə minimum 5 il təcrübə (Beynəlxalq Fast Food şəbəkələrində iş təcrübəsinin olması üstünlükdür)
- Layihə idarəetmə bacarığının olması
- Müştəri xidmətləri üzrə nəzəri və praktiki bacarıqların olması
- Heyətin idarəolunmasında təcrübəsinin olması
- Təchizatçılarla iş sahəsində bacarıqların olması

Vəzifələri:

- Şirkətin strateji planının icrasının təmin edilməsi
- Şəbəkənin böyüməsi üçün araşdırmaların aparılması və layihələrin idarəolunması
- İşçi heyətin formalaşdırılması
- Həftəlik və aylıq hesabatların hazırlanması
- Marketinq planın hazırlanmasında iştirak və onun icrası

Əmək haqqı: 1000 AZN + bonus

E-mail: [email protected]

VAKANSİYA-8

İşəgötürən:  Woerwag Pharma

Wörwag Pharma

Məhsul üzrə menecer

Əmək haqqı – 2500 AZN

İş barədə məlumat

- Şirkətin dərman preparatına müvafiq marketinq strategiyalarının və taktikalarının hazırlanması
- Rəqiblərin araşdırılması və analizinin aparılması
- Dərman preparatlarına prezentasiyaların hazırlanması və tədris prosesinin təşkili
- Promosyon materiallarının hazırlanması
- İş rejimi: 5 günlük
- İş saatı: 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Ali Tibbi Təhsil və Məhsul üzrə menecer vəzifəsi üzrə iş təcrübəsi (mütləqdir!!)
- Azərbaycan, İngilis və Rus Dili Bilikləri (İngilis dili biliyi olmayan şəxslərin CV-lərinə baxılmayacaq)
- Sürücülük vəsiqəsi
- Microsoft Office proqramların biliyi ( Word,Excel, Power Point)
- Səlis nitq qabiliyyəti
- Ünsiyyət qurma bacarığı
- Komandada işləmək bacarığı
- Məqsədəyönlülük

CV-lərinizi [email protected] ünvavına göndərə bilərsiniz.

Əlavə məlumat üçün 012 497 15 81 nömrəsi ilə həftə içi 5 gün saat 09:00-dan 18:00-ra kimi əlaqə saxlaya bilərsiniz.
Əlaqədər şəxs: Leyla xanım

 

VAKANSİYA-9

İşəgötürən: Alyans Tekstil

2008-ci ildə yaradılan “Alyans Tekstil” MMC, bir növbədə 250-ə yaxın işçisi ilə işləyən və müasir standartlara cavab verən xüsusi geyim istehsalında ixtisaslaşmış qabaqcıl fabriklərdən biridir. Bütün məhsullar beynəlxalq standartlara tam cavab verən Yaponiya və Almaniya istehsalı olan müasir və yüksək dəqiqlikli avadanlıqlardan istifadə etməklə istehsal olunur. Müştərilərimiz tərəfindən təbii və qarışıq lifli materiallardan əlavə, iş geyiminin toxunmasında istifadə olunan materiallara qarşı tələb olunan yüksək standartlara cavab vermək üçün yağ və su itələyici, turşuya davamlı, antistatik, antibakterial, alov davamlı, və digər texniki parçalar. Həm də işçilərinizin təhlükəsizliyini tamamilə təmin edəcək lazımi iş geyimlərinin seçilməsində yüksək ixtisaslı kadrlarımız tərəfindən verilən yardımları təklif edirik. Fabrikimiz bir kəsmə, tikiş salonu, boya loqosu, naxış, ütü, qablaşdırma, hazır məhsul, keyfiyyətə nəzarət şöbəsi, xammal anbarı, yeməkxana və ofis binasından ibarətdir. Fabrik dünyaca məşhur markaların rəsmi distribyutorudur və 1000-dən çox işçi geyimi modelinə malikdir. Sizi professional komandamıza üzv olmağa dəvət edirik.

“Alyans Tekstil” MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

• Ali təhsil;
• MS Office proqramlarını bilməli;
• Azərbaycan dilində səlis danışıq, rus və ingilis dilləri - orta səviyyədə;
• Yaş: 19-35;
• Daima özünü inkişaf etdirmək və biliklərini artırmaq;
• Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
• Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti;
• Digər iş yoldaşları ilə müntəzəm koordinasiyalı çalışmaq;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Biznes danışıqları aparmaq və təqdimat bacarığı.

Öhdəliklər:

• Şirkət məhsullarının satışını təşkil etmək;
• Soyuq zənglər və yerində görüşlər vasitəsi ilə yeni müştərilər cəlb etmək;
• Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq, şirkətin məhsulları haqqında məlumat vermək;
• Müştəridən gələn sorğuları analiz etmək;
• Müştəridən gələn sorğuya qiymət təklifi hazırlamaq;
• Aylıq, rüblük və illik satış planlarını və hədəflərini yerinə yetirmək;
• Şirkətin potensial və bütün müştərilərinin izlənməsi, məlumatların yenilənməsini həyata keçirmək;
• Həftəlik və aylıq hesabatları hazırlamaq;
• Alıcılarla satış dövriyyəsinin artırılmasını təmin etmək.

İş şəraiti:

İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 5 günlük 08:30-17:30

- AR Əmək məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
- Nahar, korporativ mobil telefon və nömrə şirkət tərəfindən təmin olunur.
- Rahat iş şəraiti.

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Satış təmsilçisi” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA-10

İşəgötürən: Think Wise Business Consulting

Business Consultant

Namizədə tələblər

• Ali təhsil
• Biznes yönümlü şöbələrdə iş təcrübəsi və ya sahibkarlıq təcrübəsi arzu olunandır
• Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmağı bacarmalıdır (ingilis dilini bilməsi arzuolunandır)
• Gülərüz, ünsiyyətcil, məsuliyyətli və diqqətli olmalı
• Komandada işləmək, stress şəraitində işləmək qabiliyyəti

Vəzifə öhdəlikləri:

• Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi
• Microsoft Office proqramlarından əla istifadə etmək bacarığı
• Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
• Əlaqələrin qurulması (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.)
• Marketinq və biznes planının hazırlanması.
• İşə yaradıcı yanaşma, təşkilatçılıq və ünsiyyət qurmaq qabiliyyəti
• Satış bacarığı
• Tədqiqat bacarığı

Sizə nə təklif edirik?

• Karyera və inkişaf perspektivləri.
• Yüksək təcrübə qazanmaq imkanı.
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Vakansiya ilə maraqlanan şəxslər CV-ni: [email protected] ünvanına göndərə bilərlər.

Ünvan: Xətai, Azure Business Centre, 118, mərtəbə 17

Banner

Digər xəbərlər