Banner

Vakansiyalar

Dövlət qurumları işçilər axtarır - VAKANSİYALAR

Dövlət qurumları işçilər axtarır - VAKANSİYALAR | FED.az
21:03 23 Yan 2021

Enerji Məsələlərini Tənzimləmə Agentliyi - Ümumi şöbə - baş mütəxəssis

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Daxil olan sənədləri Elektron Sənəd Dövriyyəsi sisteminə daxil etmək və qeydiyyatını aparmaq;
- Daxil olan sənədlərin icrasının nəticəsi olaraq dərkənar müəllifinə məruzə olunan xidməti sənədlərin və xaricolmaların ekspertizasını aparmaq;
- Agentlikdə sənəd dövriyyəsinin operativ və optimal şəkildə təşkilini təmin etmək;
- Sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- Aparatın ümumi nomenklatur-siyahısını tərtib etmək, tabe qurumlarda ümumi nomenklatur-siyahının hazırlanması zamanı metodiki tövsiyələr vermək;
- Agentliyə daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında və düzgün icrasına nəzarət etmək;
- Agentlikdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək və işin təşkili ilə bağlı təkliflər vermək;
- Agentliyə daxil olan sənədlərin icra vəziyyətinin monitorinqini aparmaq, aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
- Agentlikdə kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət istiqamətlərinə uyğun təkliflər vermək, təlimat və reqlamentiv sənədlər işləyib hazırlamaq, onların tətbiqini təşkil etmək;
- Arxiv işinin təşkili üzrə əsasnamə və təlimatların tərtib olunmasında iştirak etmək;
- Şöbənin fəaliyyətinə aid illik iş planlarının hazırlanması;
- Şöbənin fəaliyyətinə aid hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
- Şöbəyə icraya daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada araş¬dırılmasını, cavablandırılmasını və icrasını təmin etmək;
- Rəhbərliyin imzası ilə xaric olan və xidməti məktubların, sərəncamverici sənədlərin texniki, qrammatik və orfoqrafik redaktəsi.

TƏLƏBLƏR:

• Ali təhsil (Hüquq, beynəlxalq hüquq və s. müvafiq humanitar sahələr üzrə);
• Yaş həddi 27-40 aralığı;
• Müvafiq sahə üzrə azı 4 il iş stajı;
• Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
• Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
• Azərbaycan dilinin qrammatikasını yüksək səviyyədə bilməli;
• Rus və ingilis dillərini bilməsi arzuolunandır;
• Dövlət strukturları üzrə kargüzarlıq işinin təşkili qaydalarını bilməli;
• Elektron sənəd dövriyyəsi proqramlarında iş təcrübəsi olmalı.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 1 fevral 2021-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Ümumi şöbə - BAŞ MÜTƏXƏSSİS) qeyd edin.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi - Mingəçevir, Lənkəran, Kürdəmir filialları üzrə qaz müfəttişi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti həyata keçirmək;
• Müvafiq sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görmək, inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək;
• Qaz təchizatının və satışının qaz qurğularında, avadanlıqlarında, kəmərlərində və qaz paylayıcı şəbəkələrdə baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlıqların sıradan çıxması hallarının qeydiyyatının aparılması, araşdırılması, belə hadisələrin qarşısının alınması üçün təşkilati-texniki tədbirlər hazırlamaq və yerinə yetirmək;
• Müvafiq qaydada tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu ilə bağlı işçi komissiyalarında iştirak etmək;
• Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinə texniki baxış keçirərkən tikinti-quraşdırma işlərinin texniki şərtlərin və qaz təchizatı layihəsinin tələblərinə uyğunluğunu müəyyən etmək;
• Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin, sahibkarın müraciəti əsasında, fəaliyyətdə olan obyektlərin qazdan səmərəli istifadə üzrə ekspertizasını həyata keçirmək;
• İstehlak olunan təbii qaza görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılmasına nəzarət etmək.

TƏLƏBLƏR:

• Ali təhsil (müvafiq ixtisaslar üzrə);
• Yaş həddi 25-45 aralığı;
• İxtisası üzrə azı 3 il iş stajı;
• Azərbaycan dilində səlis danışma və yazma bacarığı;
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Rus dilini bilməsi arzuolunandır;
• Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və münaqişəli məsələləri həlletmə bacarığına malik olmalıdır.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 1 fevral 2021-ci il
• İş yerinin ünvanı: Uyğun hesab olunduğu filial üzrə dəyişir (Mingəçevir, Kürdəmir və ya Lənkəran şəhəri)

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (QAZ MÜFƏTTİŞİ) qeyd edin.

 

STRUKTURUN ADI: Maliyyə departamenti

VAKANT VƏZİFƏLƏR: Maliyyə şöbəsinin baş mütəxəssisi

ƏMƏK HAQQI: 1200-1800

 

VƏZİFƏ FUNKSİYALARI:

 

  • Cari gəlir və xərclər, əməliyyat planlarına uyğun büdcələrin, strateji planların, rüblük proqnozları hazırlamaq və təhlil etmək;

  • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;

  • Departamentlər tərəfindən büdcənin icrası haqqında məlumatları toplamaq və emal etmək;

  • Bütün əməliyyatların büdcə daxilində olmasını yoxlamaq və uyğunluğu barədə rəy vermək, həmçinin bu əməliyyatların büdcə daxilində olmasını təmin etmək üçün maliyyə məlumatlarını (gəlir, xərc, pul vəsaitinin idarəolunması) təhlil etmək;

  • Aylıq olaraq xərclərin səmərəliliyini təhlil etmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək;

  • Maliyyə hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;

  • Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;

  • Maliyyə ehtiyatlarının və maliyyə xərclərini analiz etmək;

  • Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

                

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

  • Təhsil tələbi: Ali təhsil; (Maliyyə, mühasibatlıq və ya oxşar sahələr);

  • İş stajı: Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;

  • Dil bilikləri: dövlət dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (arzuolunandır);

  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə), 1 C mühasibatlıq proqramı (yaxşı səviyyədə);

  • Digər tələblər: Beynəlxalq maliyyə və mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7, IFRS) olması əlavə üstünlükdür.

 

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

  • Məsuliyyətlilik;

  • Etibarlılıq, dürüstlük;

  • İnkişaf yönümlü və innovativlik;

  • Operativlik, çeviklik;

  • Təşəbbüskarlıq;

  • Nəticəyə hədəfli;

     

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Maliyyə şöbəsinin baş mütəxəssisi yazaraq [email protected]  ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

 

STRUKTURUN ADI: Maliyyə departamenti
VAKANT VƏZİFƏLƏR: Mühasibatlıq şöbəsinin baş mütəxəssisi
ƏMƏK HAQQI: 1200-1800

 

VƏZİFƏ FUNKSİYALARI:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
- Qurum tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkil və nəzarət edilməsi;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edilməsi;
- Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət edilməsi;
- 1C proqramı üzərində mühasibatlıq sisteminin qurulması;
- Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:


- Təhsil tələbi: Ali təhsil; (mühasibat uçotu və ya oxşar sahələr);
- İş stajı: Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə), 1 C mühasibatlıq proqramı (yaxşı səviyyədə);
- Digər tələblər: Mühasibatlıqla bağlı sertifikatların olması əlavə üstünlükdür.


VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:


- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Mühasibatlıq şöbəsinin baş mütəxəssisi yazaraq [email protected]  ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Digər xəbərlər