Vakansiyalar

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA | FED.az
19:51 19 May 2020

FED.az xəbər verir ki, "Kapital Bank" Müştəri menecmenti və Data analitika departamenti, Seqmentlərin idarə edilməsi şöbəsinin analitiki vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: "PAŞA Bank" işçi axtarır - VAKANSİYA

Öhdəliklər

 Müştəri Bazasının idarə edilməsi;
 Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi;
 Layihələrin idarə edilməsi;
 Müştəri seqmentlərinə uyğun təkliflərin edilməsi, onların icrasının izlənilməsi;
 Yeni müştərilərin cəlbi, mövcud müştərilərin qorunub saxlanılması ilə bağlı təşəbbüslərin həyata keçirilməsi, izlənməsi, yönləndirilməsi və əlaqələndirilməsi;
 Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi.

Tələblər

 Yüksək analitik qabiliyyəti;
 Maliyyə bilikləri olanlara üstünlük veriləcək;
 Hesabatların yığılması və təhlil etmə bacarıqları;
 İri miqyaslı layihələrin idarə edilməsi bacarığı;
 Bazar araşdırmalarının təşkili bacarığı – araşdırmanın sifarişi, icrasına nəzarət və nəticələrin rəhbərliyə təqdim edilməsi;
 Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
 Vətəndaş qüsursuzluğuna malik olma;
 Təhsil: Ali.
 Təcrübə: bu sahədə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
 Kompyuter biliyi: MS Office
 Dil bilikləri: Azərbaycan, Rus, İngilis.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Seqmentlərin idarə edilməsi şöbəsinin analitiki" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

 

Digər xəbərlər