Vakansiyalar

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA | FED.az
19:52 20 İyul 2020

FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Eləcə də bax: “PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA

Öhdəliklər

• Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
• Strukturlaşdırılmış və riskləri qiymətləndirilmiş qiymətli kağızlar və pul bazarı portfeli yaratmaq üçün Bankın digər departamentləri ilə əməkdaşlıq edilməsi;
• Fəaliyyətlə bağlı hesabatların hazırlanması;
• Bazar riskləri sahəsində araşdırılma aparılması.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Qiymətli kağızlar haqqında yüksək bilik;
• Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.

Üstünlük verilən bilik və bacarıqlar

• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
• Əla səviyyədə praktiki Excel bacarıqları;
• Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
• İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
• Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində “Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı mütəxəssis, baş mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Digər xəbərlər