Vakansiyalar

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA | FED.az
19:52 14 Avq 2020

FED.az xəbər verir ki,  "Kapital Bank" namizədləri Korporativ satışlar Departamentində KOS (SME) məhsullarının yaradılması üzrə Baş Expert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Eləcə də bax: "TBC Kredit" BOKT işçi axtarır - VAKANSİYA

Öhdəliklər:

• SME məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daimi yeniləmək;
• Mövcud və yeni məhsulların filiallara təqdim edilməsi üçün təlim materialların, broşurların, təlimatların hazırlanılması;
• Müştərilərin sahibkarlıq fəaliyyəti üzrə innovativ servislərin yaradılması;
• Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə SME satış komandası və filiallarla daimi əlaqədə olmaq;
• Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
• SME məhsulları sahəsində biliklərin daimi inkişafı;

Tələblər:

• Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil;
• Yüksək ünsiyyətqurma bacarıqları;
• SME məhsulların və xidmətlərin yaradılmasında ən azı 2 illik iş təcrübəsi;
• SME məhsullarının satışı üzrə iş təcrübəsi arzuolunandır;
• Maliyyə uçotu üzrə biliklər arzuolunandır;
• Vergi qanunvericiliyi üzrə biliklər arzuolunandır;
• Analitik düşünmə və riyazı təhlil qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi – arzuolunandır.

CV-lərinizi, mövzu hissəsində “KOS (SME) məhsullarının yaradılması üzrə Baş Expert” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Digər xəbərlər