Vakansiya: Logistika üzrə mütəxəssis
Logistik şirkət.
Ünvan: Bakı şəhəri
Müraciət üçün son tarix: 31 Avqust 2020-ci il
Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Logistika üzrə mütəxəssis) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.
VƏZİFƏLƏRİ:
Marşruta uyğun informasiyanın tam yığılması;
Müştərilərin müvafiq stansiyalarla əlaqələndirilməsini təşkil etmək;
İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi;
Konteyner daşınmaları üzrə dövri hesabatlar hazırlamaq;
Tarif bazasının formalaşdırılması, elektonlaşdırılması və mütəmadi yenilənməsində iştirak etmək;
Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin etmək;
Loqistika üzrə mütəxəssis, daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir;
Loqistika üzrə mütəxəssis həmçinin müştərilərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir;
Eyni zamanda qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət edir;
ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir;
BİLMƏLİDİR:
Müəssisədə ofis işlərinin aparılması üçün normativ hüquqi aktlar, qaydalar, təlimatlar, digər rəhbər materiallar və sənədlər;
Vahid dövlət sənədləşmə sisteminin əsas müddəaları;
müəssisənin strukturu və onun bölmələri;
vahid təşkilati və inzibati sənədlər sisteminin standartları;
rəsmi sənədlərin və materialların keçməsinin monitorinq qaydası;
kompüter texnologiyasının iş qaydaları;
TƏLƏBLƏR:
Təhsil dərəcəsi: Bakalavr
Logistika istiqaməti üzrə Təhsil istiqaməti və ixtisası və təcrübə
Təcrübə: Ümumi ən az 3 il , sahə üzrə ən az 1 il,
Məsuliyyətlilik
Ünsiyyət qurmaq bacarığı
Etibarlılıq
Detallara fikir vermək qabiliyyəti
Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)