Vakansiyalar

"MKT İstehsalat Kommersiya" MMC işçi axtarır - VAKANSİYA

"MKT İstehsalat Kommersiya" MMC işçi axtarır - VAKANSİYA | FED.az
19:53 9 Avq 2020

Anbar Müdiri ( Sabirabad rayonu üzrə)

MKT-İK MMC (Pambıq müəssəsi) Anbar Müdiri vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Anbara daxil olan məhsullarının qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək,
• Həm şöbə daxilində, həm də şirkətin digər şöbələrilə əlaqədə sənədləşmənin təmini,
• Anbar təsərrüfatı üzrə istehsal proseslərini, əməyin təşkili və əmək şəraitinin öyrənilməsi, əmək məhsuldarlığının artım ehtiyatlarının aşkar edilməsi işlərinə rəhbərlik edir,
• Anbarlarda və sahələrdə iş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması və əməyin elmi təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir,
• Mədaxil-məxaric sənədlərin tərtib edilməsinin və təhvil verilməsinin qaydalarına riayət etməsini və hesabatların aparılmasını təmin etmək,
• Mal-material dəyərlərinin inventarlaşdırma işlərində iştirak etmək,
• Nəzarət etdiyi bütün işləri əvvəlcədən planlaşdırmaq, riskləri qiymətləndirmək,
• Riskin qiymətləndirilməsi zamanı hər-hansı bir təkmilləşmənin gözdən keçirilməsindən və lazımi halda tətbiq olunmasından əmin olmaq,

Tələblər

• Ali təhsil;
• Anbar sahəsində 5 ildən az olmayan iş stajı;
• Anbarın idarə olunması və anbara nəzarət üzrə iş təcrübəsi;
• Mühasibatlıq sahəsi üzrə biliklər;
• Kompüter bilikləri-1C, Word, Excell;
• Anbar işini idarə etmək,malların qəbulu ,onların saxlanılması, buraxılması və uçotu ilə bağlı işləri təşkil etmək;
• Təchizat zəncirini dərin biliklər;
• Yüksək İdarəetmə qabiliyyəti;

İş qrafiki: 6 günlük, I-V 09:00-17:00, VI – 09:00-14:00

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Anbar Müdiri” yazmaqla müraciət edilir.

Digər xəbərlər