Vakansiyalar

"PAŞA Bank" işçi axtarır - VAKANSİYA

"PAŞA Bank" işçi axtarır - VAKANSİYA | FED.az
20:00 27 Yan 2020

FED.az xəbər verir ki, "PAŞA Bank" Girovların İdarə Edilməsi üzrə Kiçik Mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

Eləcə də bax: "AFB Bank" işçilər axtarır - VAKANSİYALAR

Vəzifənin məqsədi:

Bankın Risk Management funksiyasına töhfələrin verilməsi, bankı xarici risklərdən qorumaq, girov portfelinə nəzarət, girovların düzgün və ədalətli qiymətləndirilməsi və monitorinqi.

Vəzifə Öhdəlikləri:

• Girovların qiymətləndirilməsi
• Müstəqil qiymətləndirmə şirkətlərin hesabatlarına rəyin verilməsi
• Girovların nəzarət edilməsinə aid məsələlərə nəzarət
• Əmlak bazarının təhlili

Tələb edilən bilik, bacarıq və təcrübə:

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Aktivlərin qiymətləndirilməsi üzrə sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (orta)
• Kompüter bilikləri: Microsoft Office
• Bazar biliyi: Tələb olunur.
• Digər: Güclü ünsiyyət və konflikti həll etmək bacarığı, analitik təhlil, innovativ düşünmə qabiliyyəti və özünü inkişafı təbliğ etmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Girovların İdarə Edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Digər xəbərlər