Vakansiyalar

"PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA

"PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA | FED.az
19:49 3 İyul 2020

FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri Hesabatlıq şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Eləcə də bax: "PAŞA Bank" işçi axtarır - VAKANSİYA

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım-illik və illik maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;
• Kənar auditorlarla işlərin koordinasiyası;
• Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
• Daxili hesabat sisteminin inkişaf etdirmək və bu prosesin davamlı təkmilləşdirilməsini təmin etmək;
• Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək;
• Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;
• Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək;
• Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
• Hesabatlıq şöbəsinin işinin qurulması və komandanın inkişafının təmin edilməsi;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqlar (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.).

BİLİKLƏR

• Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmə;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

TƏCRÜBƏ

• Bu sahədə azı 5 il iş təcrübəsi
• "Böyük dördlük" şirkətlərində 2-3 illik iş təcrübəsi olanlara üstünlük veriləcək

BACARIQLAR

• Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
• Komandada işləmə bacarığı;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

Son müraciət tarixi: 24 iyul 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Digər xəbərlər

Banner