Vakansiyalar

“PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA | FED.az
19:52 14 Avq 2020

FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri Rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA

Vəzifə və Öhdəliklər:

 Rəqəmsal marketinq ehtiyaclarını anlamaq üçün məhsul komandaları ilə birgə çalışmaq və uyğun marketinq strategiyaları formalaşdırmaq;
 Rəqəmsal marketinq üzrə təşəbbüsləri portfelini tətbiq etmək;
 Lidlər yaratmaq və satışı artırmağa dəstək olmaq üçün orqanik, ödənişli sosial, e-poçt, PPC, displey şəbəkəsi, SEO və «affiliate» marketinq kanallarını təkmilləşdirmək;
 Rəqəmsal marketinq və müştəri səyahəti təkmilləşdirmə boyunca viuzal dizaynlarda davamlılığı təmin etmək;
 Rəqəmsal marketinq materiallarının tələblərə uyğun qaydada yaradılmasını təmin edərək təchizatçılar və agentliklərlə işləri koordinasiya etmək;
 Komandaya rəqəmsal kanallarda strateji hədəflərə çatmaqda kömək etmək və işlərin müvəffəqiyyətli icrasını izləmək;
 Rəqəmsal marketinq kampaniyalarının nəticələrinin ölçülməsi məqsədilə analizlərin həyata keçirmək.

Bilik və bacarıqlar:

 Əlaqədar sahədə bakalavr və ya daha yüksək səviyyədə ali təhsil (marketinq, biznes və ya maliyyə sahəsində təhsil arzuolunandır);
 Kampaniyaların idarəetməsində və/və ya rəqəmsal marketinq kampaniyalarının reallaşdırılması istiqamətində iş təcrübəsi;
 Marketinq üzrə 2 illik iş təcrübəsi (ən az 1 ili rəqəmsal marketinq üzrə olmaqla);
 Ənənəvi və rəqəmsal marketinq üzrə dərin anlayış;
 Yüksək kommunikasiya bacarıqları;
 Azərbaycan dilini səlis bilmək, İngilis və Rus dilini səlis bilmək arzuolunandır;
 Analitik və kreativ düşünmə tərzinə malik olmaq və problemləri həll etmək bacarığı;
 Sahələrarası və fərqli funksiyalarla birgə işləmək bacarığı.

Son müraciət tarixi: 15 sentyabr, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Digər xəbərlər