Banner

Vakansiyalar

"AccessBank" işçilər axtarır - VAKANSİYALAR

"AccessBank" işçilər axtarır - VAKANSİYALAR | FED.az
20:52 9 May 2021

Hüquqşunas / Aparıcı Hüquqşünas

Təsvir

  • Bankın struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn məsələlər üzrə hüquqi rəy verilməsi;

  • Bankın daxili normativ sənədlərinə dair hüquqi rəylərin verilməsi, Şöbənin daxili normativ sənədlərinin layihələrinin hazırlanması;

  • Qanunvericilikdəki yenilikləri daim nəzarətdə saxlamaq və yeniliklərlə bağlı bülletenlərin hazırlanması;

  • Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı müvafiq dövlət qurumlarında qeydiyyat işlərinin aparılması;

  • Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;

  • Şöbəyə daxil olan sənədlərin hesabatlılığının təmin edilməsi;

  • İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;

  • Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

  • Ali Hüquq təhsili;

  • Müvafiq sahədə ən azı 1 illik iş təcrubəsi;

  • Mülki, bank və əmək qanunvericiliyini bilmək;

  • Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini yaxşı səviyyədə bilmək;

  • Regionlara səfər etmək imkanına malik olmaq;

  • Microsoft və ofis proqramlarını mükəmməl bilmək;

  • Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;

  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

  • Komandada işləmək bacarığı və istəyi.

 

Komplayens şöbəsinin rəhbəri

Təsvir

  • ÇPY/TMM üzrə biznes və texniki layihələrin idarə edilməsi;

  • ÇPY/TMM üzrə texniki tapşırıqların hazırlanması və onların həllinə nəzarət;

  • Xarici müxbir banklarla və tərəfdaşlarla ÇPY/TMM üzrə əlaqələrin mükəmməl qurulması və saxlanılması;

  • İllik əsasda bankın mövcud müştəri bazasının risk qiymətləndirilməsi prosesini həyata keçirmək;

  • Müvafiq dövlət orqanları tərəfindən daxil olan tapşırıqların vaxtında yerinə yetirilməsi;

  • Bankın əməkdaşlarına Komplayens üzrə təlimlərin keçirilməsi;

  • Filiallarda Komplayens siyasətinin uyğunluğuna nəzarət etmək;

  • Rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

  • İdarə Heyəti tərəfindən qoyulmuş tapşırıqların vaxtında icra olunması.

Tələblər

  • Bankda ən azı 4 illik iş təcrübəsi;

  • ÇPY/TMM, daxili nəzarət sahəsində ən azı 1 illik rəhbər iş təcrübəsi;

  • ÇPY/TMM sahəsi üzrə biznes və texniki layihələri idarə etmək bacarığı;

  • Yaranmış problemləri çevik həll edə bilmək bacarığı;

  • Əməliyyat sahəsinə aid bütün xidmət və məhsulların texniki işləmə mexanizmini bilmək;

  • Yüksək analitik təfəkkür;

  • Microsoft proqramlar paketini, xüsusilə Excel və Word proqramlarını əla bilmək, SQL biliyi arzuolunandır;

  • Mükəmməl Azərbaycan dili biliyi, yüksək ingilis dili və rus dili biliyi;

  • CAMS sertifikatının olması üstünlükdür;

  • Mükəmməl ünsiyyət bacarığı;

  • Komandanı idarə etmək bacarığı.

 

Komplayens şöbəsinin baş mütəxəssisi

Təsvir

  • ÇPY/TMM üzrə şübhəli əməliyyatların yoxlanılması və analizi;

  • ÇPY/TMM üzrə texniki tapşırıqların hazırlanması və onların həllinə nəzarət;

  • Daxil olan müvafiq sorğuların cavablandırılması;

  • Azərbaycan dilində qrammatik düzgün olaraq işgüzar məktubların tərtibatı;

  • Rəhbər tərəfindən qoyulmuş tapşırıqların vaxtında icra olunması;

  • Filiallarda ÇPY/TMM üzrə yaranan problemlərin həllində əməkdaşlara dəstək olmaq. 

Tələblər

Bankda ən azı 4 illik iş təcrübəsi;

ÇPY/TMM, daxili nəzarət və ya əməliyyat riskləri sahəsində ən azı 3 illik iş təcrübəsi;

Əməliyyat sahəsinə aid bütün xidmət və məhsulların texniki işləmə mexanizmini bilmək;

Analitik təfəkkür;

Microsoft proqramlar paketini, xüsusilə Excel və Word proqramlarını əla bilmək;

Mükəmməl Azərbaycan dili biliyi (rəsmi sorğuların cavablandırılması üçün) və yüksək ingilis dili və ya rus dili biliyi;

Rəqəmlərlə işləyərkən yüksək səviyyədə diqqətlilik;

Mükəmməl ünsiyyət bacarığı;

Komandada işləmək bacarığı;

Banner

Digər xəbərlər