Banner

Vakansiyalar

"Bank BTB" işçilər axtarır - VAKANSİYALAR

"Bank BTB" işçilər axtarır - VAKANSİYALAR | FED.az
22:09 7 Mart 2021

Bank “BTB” ASC Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir. (Bakı, Sumqayıt, Gəncə üzrə)

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İş barədə məlumat:

• Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam icrasını yerinə yetirmək;
• Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın mikrokreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
• Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə Banka cəlbinin təşkil etmək;
• Müştərilərin kredit sifarişlərini qəbul etmək, maliyyə təhlilinin aparılması;
• Mikro kredit işlərinin hazırlanması və müvafiq Kredit Komitəsinə təqdim olunmasını həyata keçirmək;
• Özünün mikro kredit portfelinin keyfiyyətini nəzarətdə saxlayır, kredit ödənişlərinə və kredit tarixçəsinə nəzarəti həyata keçirmək;

Namizədə tələblər:

• Ali təhsil,
• Kreditləşmə sektorunda iş təcrübəsi,
• Ünsiyyətqurma bacarığı;
• Analitik təhlil qabiliyyəti;
• Təqdimetmə və satış bacarığı,
• MS office proqramında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikrokreditlər üzrə mütəxəssis/aparıcı/baş) göstərməyiniz xahiş olunur.

 

Bank “BTB” ASC Müştəri xidmətləri şöbəsinin aparıcı/baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

• Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
• Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
• Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
• Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
• Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
• Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
• Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
• Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər:

• Vahid komandada işləmək qabiliyyəti;
• Azərbaycan, rus dillərini bilmək;
• Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
• Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin aparıcı/baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

 

Bank “BTB” ASC Kreditlərin inzibatçılığı üzrə Kiçik/ Aparıcı/ Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

• Kreditlərin bankdaxili qaydalara və prosedurlara uyğun olaraq rəsmiləşdirilməsini həyata keçirmək;
• Kreditlərin rəsmiləşdirilməsi üzrə zəruri sənədləşdirməni aparmaq;
• Kreditlərin rəsmiləşdirilməsi zamanı müqavilə şərtlərinin müştərilərə izah olunması;
• Kredit sənədlərinin tamlığına cavabdehlik;
• Kredit qovluqlarının arxivləşdirilməsini təmin etmək;
• Kredit inzibatçılığı üzrə digər nəzarət işləri

Namizədə tələblər:

• Ali təhsil,
• Kreditlərin inzibatçılığı sahəsi üzrə iş təcrübəsi;
• Komandada işləmək bacarığı;
• Stressə davamlılıq;
• Detallara diqqət;
• Analitik təhlil;
• Vaxtı idarə etmək qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır;
• Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin inzibatçılığı üzrə mütəxəssis)göstərməyiniz xahiş olunur.

Banner

Digər xəbərlər