Banner

Vakansiyalar

"Bizim Market" işçi axtarır - VAKANSİYA

"Bizim Market" işçi axtarır - VAKANSİYA | FED.az
21:03 9 May 2021

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Elektron ticarət üzrə mütəxəssis

Namizədə olan tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
• Rəqəmsal marketinq bilikləri;
• Google ads, Sosial media və Affiliate marketinq bilikləri;
• SEO məntiqi və texniki biliklərinə hakim olmaq;
• Yüksək analitik təhlil qabiliyyəti;
• Layihələrin idarə edilməsində təcrübə.

İş haqqında məlumat:

• Şirkətə məxsus e-ticarət saytının idarə olunması;
• Rəqəmsal reklamların təşkili;
• Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət;
• Sosial media marketinq fəaliyyətinin e-ticarətlə uyğunluğunu təşkil etmək.

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
• Əmək haqqı razılaşma əsasında

Vakansiyaya müraciət üçün CV-ləri “Elektron ticarət üzrə mütəxəssis ” mövzusu ilə [email protected] e-mail ünvanına 17.05.2021-ci il tarixinədək göndərməyiniz xahiş olunur.

Banner

Digər xəbərlər