“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir.
Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir.
Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.
Anbar müdiri
Namizədə olan tələblər:
• Ali təhsil;
• Kompüterdə işləmə bacarığı;
• Anbar idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi;
• Problem həll etmə bacarığı;
• Anbar idarəçiliyinə aid əməyin mühafizəsi ve texniki təhlükəsizlik qaydaları sahəsində biliklər;
• Məsuliyyətli, dürüst və dəqiq.
İş haqqında məlumat:
• İş yükünün planlaşdırılması:
• Mal və materialın uçotunun təşkili:
• Anbar idaretmə sahəsində inzibatçılıq:
• Anbar idaretmə sahəsində effektivliyin artırılması:
• Mal və materialların dövretmə göstəricilərinin hazırlanması;
• Anbar idarəetmə sisteminin optimillaşdırma prinsiplərin uyğun yenidən təşkili;
• Anbardan mağazalara malların düzgün, təhlükəsiz çatdırılmasını təmin etmək;
• Anbarda 50 nəfərə yaxın heyət var və ərazisi 8000 kv/m-dir.
İş şəraiti:
• 6 günlük iş həftəsi;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir;
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur.
Vakansiyaya müraciət üçün CV-ləri “Anbar müdiri” mövzusu ilə [email protected] və ya [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.