Ümumi məlumat
Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Partnyor şəbəkəsinin idarə edilməsi departamenti İpoteka Partnyorları ilə iş şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
• Şöbə rəisi tərəfindən təyin olunmuş müvafiq layihələr üzrə Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətləri bazar araşdırması vasitəsilə tapır və siyahısını tərtib edir.
• İpoteka üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi.
• Bankın İpoteka üzrə partnyorların genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması
• Mövcud Partnyorlarla işin optimallaşdırılması üçün təkliflərin verilməsi.
• İpoteka inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması.
• Şöbə rəisi göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir.
Tələblər
• Təhsil: Ali( Iqtisadi ixtisas olması arzu olunan).
• Təcrübə: 2 il.
• Kompüter biliyi: MS Office, MS Excel, MS Word, İnternet Explorer.
• Dil bilikləri: azərbaycan, rus, ingilis ( arzu olunan)
• Komandada işləmək bacarığı .
• İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalı.
• İpoteka ilə bağlı bazar məlumatlarına sahib olma.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri IT və informasiya təhlükəsizliyi risklərinin idarəedilməsi və monitorinqi şöbəsi Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndirmələrinin həyata keçirilməsinə dəstək;
• Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi audit və yoxlamaların aparılması;
• İT və İnformasiya təhlükəsizliyi sahəsində siyasət və prosedurların hazırlanmasına və mövcud sənədlərin yenilənməsinə dəstək;
• İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət; • Risklərin idarə edilməsi sisteminin davamlı inkişafına dəstək;
• Risk idarəetməsi sahəsində daxili hesabatların hazırlanmasına dəstək;
• Informasiya aktivlərinin təsnifatı prosesinin həyata keçirilməsinə dəstək;
• Biznesin davamlılığı və böhran hallarının idarəedilməsi üzrə planların hazırlanmasında aidiyyatı strukturlara dəstək;
• Şöbənin fəaliyyətinə aid digər funksiyaları həyata keçirmək.
Tələblər
• İT, İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi ixtisaslar üzrə ali təhsilin olması;
• Bank sistemləri, İT audit, İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində minimum 2 illik iş təcrübəsinin olması;
• İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsinin olması; • Risklərin idarə olunması sahəsində ümumi biliklərin olması;
• İSO 27001, ISO 22301, İSO 31001, İSO 20000, PCI DSS, COBIT, İTİL və s kimi standardlar haqqında ümumi biliklərin olması;
• CISA, CIA, CISM, CİSSP, İSO 27001 LA, ISO 31001 LA sertifikatları olanlara üstünlük verilir;
• Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
• Sistem, şəbəkə adminstratorluğu, Unix, Windows və s. əmliyyat sistemləri, Oracle, SQL bilikləri olanlara üstünlük verilir;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Nəzarət departamentinin İnformasiya Təhlükəsizliyi şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Mövcud Vulnerability Management siyasətinə əsasən planlaşdırılmış skan nəticələrini analiz etmə, boşluqların qapadılması üçün müvafiq komandalara məlumat vermək və prosesi izləmək
• Red teaming və pentest çalışmalarında tapılan boşluqları qapadılması üçün müvafiq komandalara yönləndirmə və prosesi izləmək
• Cyber Threat intelligence nəticələrini daimi izləmək, hərhansı aktiv exploit olunan əlaqədar bir boşluq haqqında dərhal xəbər tutmaq
• Mövcud Vulnerability Management siyasətinə əsasən planlaşdırılmış skan nəticələrini analiz etmə, boşluqların qapadılması üçün müvafiq komandalara məlumat vermək və prosesi izləmək
• Red teaming və pentest çalışmalarında tapılan boşluqları qapadılması üçün müvafiq komandalara yönləndirmə və prosesi izləmək
• Cyber Threat intelligence nəticələrini daimi izləmək, hərhansı aktiv exploit olunan əlaqədar bir boşluq haqqında dərhal xəbər tutmaq.
Tələblər
• IT sahəsində ən az bakalavr təhsili
• İnformasiya Təhlükəsizliyi sahəsində ən az 1 il iş təcrübəsi
• Ən az L1 səviyyəsində offensive təhlükəsizlik bilikləri
• Mükəmməl Azərbaycan dili bacarıqları, yaxşı səviyyədə ingiliscə
• IT sahəsində ən az bakalavr təhsili
• İnformasiya Təhlükəsizliyi sahəsində ən az 1 il iş təcrübəsi
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.