Banner

Vakansiyalar

"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR

"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR | FED.az
22:32 12 Aprel 2021

Kapital Bank namizədləri Biləsuvar, Saatlı, Sabirabad, Salyan və Ağcabədi filliallarında Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər :

• Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
• Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;
• Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
• Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
• Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
• Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
• Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
• Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.

Tələblər :

• Ali təhsil;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Azərbaycan dilində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Kapital Bank namizədləri Bakı filialları üzrə İpoteka üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər :

• Bankın daxili qaydalarına əsasən, İH-nin qəbul etdiyi satış bölməsinin mütəxəssislərinin satış hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində ipoteka üzrə satış planlarını yerinə yetirir.
• Bankın daxili qaydaları və tarifləri üzrə ipoteka kreditləri, cari hesabların açılması, üzrə ərizələri qəbul edir və müvafiq qaydada icrasını həyata keçirir, çarpaz satışa dəstək edir.
• Müştərilərin sifarişinə əsasən təhlil aparır və ipoteka kreditini rəsmiləşdirir
• Verilmiş ipoteka ipoteka kreditilərin və problemli ipoteka kreditiləri üzrə öhdəliklərinin vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət edir və bankın daxili qaydalarına əsasən xüsusi proqram təminatının göstəricilərinə əsaslanaraq təqib aparır. Ipoteka krediti portfelini gecikmələr üzrə tələb olunan keyfiyyət standartında saxlayır.
• Verilmiş ipoteka kreditilərin təminatı kimi, qəbul edilmiş əşyaları, daşınar və daşınmaz əmlakları, əmanət məbləğini Filialın girov qeydiyyatına götürülməsi, girov qeydiyyatından çıxarılmasını həyata keçirir.

Tələblər :

• Ali təhsil;
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Kapital Bank namizədləri Bakı fillialları üzrə Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Digər xəbərlər