Banner

Vakansiyalar

"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR

"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR | FED.az
20:54 19 Aprel 2021

“Kapital Bank” ASC namizədləri Biznes inkişafı üzrə ekspert vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir.

Tələblər:

• Ali təhsil (Maliyyə, İqtisadiyyat və Bank sahəsində arzuolunandır);
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusi ilə Excel və Power Point);
• Yüksək analitik düşünmə qabiliyyəti zəruridir;
• Yüksək komminikasiya və təqdim etmə bacarıqları;
• Komandada işləmək bacarığı.

Öhdəliklər:

• Yeni biznes imkanlarının təhqiqatı;
• Bazar tələbatlarının (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi;
• Bank məhsulları haqqında biliklərə malik olması ve gəlirliyin hesablanması;
• Təhqiqat məlumatları əsasında biznes planın hazırlanması;
• Layihənin maliyyə gəlirini və göstəricilərini biznes planda əks etdirilməsı;
• Kampaniyaların effektivliyini ölçmək məqsədi ilə təhlilin aparılması.

Əgər Siz də Kapital Bankın dinamik və peşəkar “Agile” komandasının üzvü olmaq istəyirsinizsə, https://hr.kapitalbank.az işə gəbul portalından qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərsiniz.

 

“Kapital Bank” ASC namizədləri “Data analitik ” vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir.

Tələblər:

• Ali təhsil ( Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
• Minimum 2 il iş təcrübəsinə sahib olmaq;
• SQL üzrə biliklər;
• Python və ya R proqramlaşdırma dillər üzrə biliklər;
• Bank təcrübəsinin olması arzuolunandır;
• Komandada işləmək bacarığı.

Öhdəliklər:

• Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
• Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
• Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
• Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.

Əgər Siz də Kapital Bankın dinamik və peşəkar Agile komandasının üzvü olmaq istəyirsinizsə, https://hr.kapitalbank.az işə gəbul portalından qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərsiniz.

 

Kapital Bank namizədləri Cəlilabad, Zərdab, Ağcabədi, Salyan, Sabirabad və Saatlı filliallarında Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər :

• Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
• Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;
• Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
• Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
• Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
• Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
• Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
• Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.

Tələblər :

• Ali təhsil;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Azərbaycan dilində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Kapital Bank namizədləri Masallı və Sabirabad filialları üzrə "Məlumat xidməti / Reception" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər :

• Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;

Tələblər :

• Ali təhsil
• Səbirli, təmkinli, təzyiqə davamlı
• Ünsiyyətqurma və izahetmə qabiliyyəti
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
• MS Office proqramları üzrə biliklər
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Banner

Digər xəbərlər