Banner

Vakansiyalar

"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR

"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR | FED.az
20:21 8 May 2021

İT risklərinin idarəedilməsi departamenti Informasiya təhlükəsizliyi həlləri və insidentlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Informasiya təhlükəsizliyi həlləri və insidentlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bank sirri xarakterini daşıyan məlumatların kənara sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə monitorinq həyata keçirmək;
• Bankda informasiya təhlükəsizliyini təmin edən vasitələr haqda məlumatların təhlilini aparmaq, mövcud qüsur və nöqsanların aradan qaldırılması üçün təklif etmək;
• Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanması;
• Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması tədbirlərini görülməsi;
• İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin
• toplanması, analizi və ümumiləşdirilməsi;
• Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi;
• İT hadisəsi haqqında alınmış informasiyanın analizin həyata keçirilməsi və onun təsnifatı;
• İstifadəçilərin hüquqlarının dəyişdirilməsi / istifadəçilərin ləvğ olunması və ya yaradılması.

Tələblər

• İT, İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi ixtisaslar üzrə ali təhsilin olması;
• İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində iş təcrübəsinin olması;
• Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır);
• Problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
• Şəbəkə administrator, Unix/Linux, Windows və s. əməliyyat sistemləri, DBA , SQL, scripting bilikləri və sertifikatlar olanlara üstünlük verilir:
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə satış departamentinin Analitika şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Şöbənin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir
• Data əsaslı fəaliyyət strategiyası və qərar qəbuletmə ilə bağlı təkliflər verir
• Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil edir, aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil edir
• Statistik məlumatların toplanması istiqamətində təkliflər verir və icrasında iştirak edir
• Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak edir
• BI (Business Intelligence) texnologiyalarının tətbiq olunmasını, müvafiq sistemlərin qurulmasını təşkil edir və idarə edilməsində iştirak edir
• Hesabatların düzgünlüyünə nəzarət edir və uyğunsuzluq olarsa, operativ olaraq müvafiq işçiləri məlumatlandırır və uyğunsuzluğun həllini təmin edir
• Hesabatların sürətli və effektiv işləməsini təmin edir
• Deskriptiv, Diaqnostik və Prediktiv hesabatların və təhlillərin hazırlanmasını, qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması və təqdim olunmasını təşkil edir
• Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir

Tələblər

• Dəqiqlik, detallara qarşı diqqətlilik
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti
• Statistik və ekonometrik biliklər
• Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər
• İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı
• Vizuallaşdırma alətləri ilə işləmə bacarığı
• Data analitika alətlərindən (Python, R, və s.) ən azı biri ilə işləmə bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Ümumi məlumat

Kapital Bank namizədləri Korporativ və KOS satışlar idarəsinin Korporativ satışlar departamentinin Sənədli əməliyyatlar şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Sifariş olunan qarantiya və akkreditiv üzrə alqı satqı müqaviləsinin yoxlanılması;
• Qarantiya məktublarının müştərinin sifarişi əsasında hazırlanması;
• Akkredirivlərin draft formasının hazırlanması və (tələb olunarsa) benefisiarla razılaşdırılması;
• Müştərilərə qarantiya və akkreditivlər üzrə konsultasiya verilməsi

Tələblər

• Ali təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Banner

Digər xəbərlər