Banner

Vakansiyalar

"Kontakt Home" işçilər axtarır - MAAŞ 1000-3000 AZN - VAKANSİYALAR

"Kontakt Home" işçilər axtarır - MAAŞ 1000-3000 AZN - VAKANSİYALAR | FED.az
20:45 19 Aprel 2021

Vacancy: Kredit üzrə analitik

Vəzifə öhdəlikləri:

• Kredit portfelinin analizi və təhlili;
• Analiz nəticəsində hesabatların hazırlanması;
• Departament daxili proseslərin izlənməsi, təhlil edilərək araşdırılması;
• Təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyənləşdirilməsi;
• Kreditvermə prosesinin optimallaşdırılması üzrə təkliflərin verilməsi.

Tələblər:

• Ali təhsil;
• Kredit portfelinin monitorinqi/nəzarəti və ya auditi sahəsində iş təcrübəsi;
• Hesabatlar hazırlamaq və hesabatlar üzərində analizlər aparmaq bacarığı;
• Proqramlaşdırma və IT sahəsi üzrə bilik və təcrübənin olması;
• Komandada işləmək bacarığı;
• Analitik düşünmə tərzi;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.
• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil arzuolunandır;

İş şəraiti:

- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 3000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

https://qlor.me/kjph2noo

 

Vakansiya: Satış üzrə analitik

Vəzifə öhdəlikləri:

• Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına toplanması;
• Yeni satış imkanlarının araşdırılması və üzə çıxarılması üçün faydalı ola biləcək xarici məlumat mənbələrinin və məlumatların əldə edilməsi;
• Məhsullar üzrə mövcud satış / müştəri bazasının analitik təhlilinin aparılması;
• Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanılması məqsədilə müştərilərin davranış məlumatlarının təhlil edilməsi;
• Müştərilərin tələblərinə uyğun məhsul və təkliflərin hazırlana bilməsi üçün daxili və xarici məlumat bazaları analizlərinin aparılması və nəticələrin təqdim edilməsi;
• Qərarvermə prosesini sürətlandirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
• Mağazalar üzrə satış aktivliyini izləmək.

Tələblər:

• Ali təhsil;
• Uyğun sahə üzrə təcrübə;
• Yüksək excel bilikləri;
• Analitik düşüncə tərzi;
• Kollektivlə işləmə bacarığı;
• Rus dili biliyi arzu olunandır.

İş şəraiti:

• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Əmək haqqı: 1000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kjvcobne

 

 

Vəzifə: Direktor köməkçisi

Əmək funksiyaları:

• Görüş və iclasların planlaşdırılması və təşkili;
• İclas nəticələrinin qeydiyyatı və tapşırıqların siyahısının aparılması;
• Direktorun tapşırığı ilə məlumatların axtarışı və təhlili;
• Hesabatların hazırlanması;
• İş yazışmalarının aparılması;
• Sənədlərin hazırlanması;
• İşgüzar səfərlərin təşkili və inzibati dəstək;
• Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan, rus və ingilis dillərini səllis bilməli;
• Direktor köməkçisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
• MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
• Analitik bacarıqlar;
• Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;
• Yüksək ünsiyyət bacarıqları.

İş barədə məlumat:

• İş vaxtı: I-V günlər, saat 09:00-18:00;
• Əmək məzuniyyəti qanunvericiliyə uyğun olaraq verilir;
• Korporativ telefon və notbuk təmin edilir.
• Əmək haqqı: 1000-2000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

https://qlor.me/kko2z7b6

 

Vakansiya: Korporativ hüquqşünas

Vəzifə öhdəlikləri:

• Müəssisədaxili sənədləşmənin təşkili;
• Müəssisədaxili sənədlərin ekspertizası;
• Yerli və xarici təchizatçılarla bağlanan müqavilələrin tərtibi, ekspertizası və rəylərin verilməsi;
• Müəssisənin hüquqi sənədlərinə dəyişikliklərin edilməsi, belə dəyişiklikləri müvafiq dövlət orqanlarında qeydiyyata aldırmaq, yerli və xarici kontragentlərə bu barədə səmərəli formada məlumatların verilməsi;
• Müəssisənin rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
• Yerli və xarici təchizatçılardan daxil olan sorğu və anket formalarının doldurulması;
• Yerli və xarici təchizatçılara sorğuların göndərilməsi;
• Tenderlərdə iştirak üçün tələb olunan sənədləşmə işlərinin aparılması.

Tələblər:

• Ali hüquq təhsili;
• Koporativ hüquq sahəsində təcrübə;
• Mülki hüquq sahəsində (xüsusilə də müqavilə institutu üzrə) yüksək biliklər
• Rus dili biliyi;
• İngilis dili biliyi (arzu olunandır).

İş şəraiti:

• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Əmək haqqı: 1200-1500 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/km6am4aw

 

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Rəqəmsal Marketinq Direktoru

Vəzifə öhdəlikləri:

• Ümumi rəqəmsal marketinq strategiyasını qurulması, planlaşdırılması və həyata keçirilməsi;
• Mövcud strategiyanın idarə edilməsi;
• Komandanın idarə edilməsi və təlimləndirilməsi;
• Ən son texnologiya və ən yaxşı təcrübələrdən xəbərdar olmaq və innovativ həllər üzərində işlənilməsi;
• Fərqli rəqəmsal marketinq kanallarını idarə edilməsi və nəzarət edilməsi;
• ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;
• Rəqəmsal marketinq büdcəsinin idarə edilməsi;
• Rəqib analizi, meyarları araşdırılmasi və inkişaf üçün təkliflər verilməsi;
• Müştəri məmnuniyyətini artırmaq üçün məhsul, dizayn və satış direktorları ilə əlaqə qurulması;
• Hədəflərə çatmaq üçün rəqəmsal marketinq komandasını motivasiya edilməsi.

Tələblər:

• Rəqəmsal Marketinq Direktoru kimi 2 illik təcrübə;
• Rəqəmsal marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində 2 illik təcrübə;
• Fərqli rəqəmsal marketinq kanallarını dərindən bilmək;
• Onlayn marketinq alətləri və ən yaxşı təcrübələr barədə yaxşı bilik və təcrübəyə malik olmaq;
• Veb dizayn prosedurları haqqında əsas məlumatın olması;
• Tənqidi düşünmək və problem həll etmə bacarıqları;
• Yaxşı vaxt idarəetmə bacarıqları;
• Yaxşı ünsiyyət bacarıqları;
• Bütün mövcud rəqəmsal marketinq kanallarının necə işlədiyini güclü şəkildə başa düşmək;
• SEO / SEM, Google Analytics və CRM proqramı ilə iş təcrübəsi;
• Mükəmməl analitik və layihə idarəetmə bacarıqları;
• Güclü komanda rəhbərliyi və ünsiyyət (yazılı və şifahi) bacarıqları.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Razılaşma yolu ilə

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kno9vbu1

 

Vəzifə: İT üzrə mütəxəssis

Vəzifələr:

• Şəbəkələrin işinin təşkili;
• Mağaza, ofis və serverdə internet kanallarının sabit işinin təşkili;
• SQL bazasında məlumat bazasının təhlükəsiz ve sabit işinin təşkili;
• Elektron ünvan serverinin sabit işinin təşkili;
• Məlumat bazasının təhlükəsiz saxlanılması;
• Məlumat bazasının arxivləşdirilməsi işinin təşkili;
• Server avadanlığının idarəetməsi, lazimi halda yenilənməsi;
• Server Proqram təminatının idarəetməsi;
• Ms Windows Server 2008, MS SQL Server 2008, TCP/IP sistemlərinin bilməsi;
• Linux məlumat bazasının bilməsi;
• Əsas sistemdə problem yarandıqda məlumat bazasının ehtiyat iş prosesinin təmin edilməsi;
• Şirkətin sabit IT sisteminin işinin və korporativ təhlükəsizlik standartlarının hazırlanması;
• Istifadəçi şifrələrinin standartlaşdırılması;
• Ofis və mağazalarda proqram təminatının işinin təşkili;
• Kompüter və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasının təminatı.

Tələblər:

• Yaş: 23 yaşdan yuxarı;
• Təhsil: Ali (texniki təhsil arzu olunandır);
• Azərbaycan dilini səlist bilməli, rus dili bilməsi arzu olunandır;
• Minimum 3 il təcrübə;
• Windows client və server əməliyyat sistemləri üzrə biliklər;
• Server platformaları, Active Direcoty, MS Exchange, Vmware , GPO üzrə dərin baza biliklərinin olması;
• TCP/IP, LAN/WAN , DHCP, DNS, RDP üzrə biliklər;
• AP, Switch, Network Printers, Scanners və s. avadanlıqların sazlanması;
• Backup sistemləri üzrə biliklərin olması ( Acronis, Norton and etc);
• İP PBX ilə iş təcrübəsi arzu olunandır;
• Microsoft Office 2007-2016 üzrə biliklər arzu olunandır;
• Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı;
• Müdiriyyətin göstərişlərini vaxtında yerinə yetirməli və hesabat verməlidir.

İş barədə məlumat:

• İş vaxtı: I-V günlər, saat 09:00-18:00

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

https://qlor.me/klt7n7er

Banner

Digər xəbərlər