FED.az xəbər verir ki, "Rabitəbank" xəzinədar vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların müvafiq normativ aktlarına və bankın daxili qaydalarına uyğun aparılmasını təmin etmək;
- Nağd pul və digər qiymətlilərlə bağlı bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatlar hazırlamaq;
- Kassa sənədlərinin və xəzinədəki vəsaitlərin həqiqiliyini təmin etmək;
- Xəzinədə həyata keçirilən mədaxil - məxaric əməliyyatlarını bankın əməliyyat sistemində əks etdirmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil;
- Sahə üzrə 1 illik iş təcrübəsi;
- Pul və qiymətlilərlə işləmə qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik, çeviklik və təzyiqə davamlılıq;
- Komanda tərkibində və fərdi şəkildə işləmə qabiliyyəti;
- MS Excel proqramında işləmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədar ” göstərməyiniz xahiş olunur.