Banner

Vakansiyalar

Vaqif Axundovun bacısı oğlu - SAXLANILDI

Vaqif Axundovun bacısı oğlu - SAXLANILDI  | FED.az
20:45 23 İyul 2021

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almada şübhəli bilinərək saxlanılıb.

FED.az xəbər verir ki, "Qafqazinfo" əldə etdiyi məlumata görə, o, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub. 

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Xatırladaq ki, Vüsal Babayevin saxlanılması ilə bağlı ilk xəbəri gününsesi.info yazıb.

Banner

Digər xəbərlər

Banner