Vakansiyalar

"Veysəloğlu" işçi axtarır – VAKANSİYA

"Veysəloğlu" işçi axtarır – VAKANSİYA | FED.az
19:48 12 May 2020

FED.az xəbər verir ki, "Veysəloğlu Şirkətlər Qrupu" Nəqliyyat İstismarı Departamentinin müdiri vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: "Xalq Bank" işçi axtarır - VAKANSİYA

İş yeri: Bakı şəhəri.
İş təcrübəsi: Müvafiq sahə üzrə 5 il.
Təhsil: Ali təhsil.

İşin Təsviri: İstismar Departamenti daxilində bütün fəaliyyət və funksiyaları idarə etmək.

Vəzifə öhdəlikləri:

- Avtomaşınların istismarı zamanı yaranan maneələrin(DYP,BNA,Nəqliyyat departamenti) aradan qaldırılmasında fəal iştirak etmək;
- Bakıda və rayonlarda olan bütün nəqliyyat vasitələrinə zəruri olan (Sığorta,texniki baxış və reklam) sənədlərinin alınmasını Təhcizat şöbəsinə sifariş verilməsini təmin etmək;
- Sifarişlərə uyğun avtomaşınların tipinin( həcm, tonnaj) müəyyən edilməsini təşkil etmək;
- Müqavilə bağlanılan şirkətlərlə avtomaşınların icarə haqqının təyin olunmasını müəyyən edilməsi ilə bağlı təkliflər vermək;
- Nəqliyyat vasitəsinə zəruri olan (yanğın söndürən ,tibb çantası və.s ) avadanlıq və əşyaların daima saz və yeni vəziyyətdə olmasını təmin etmək;
- İstismar sahəsində çalışan əməkdaşların maarifləndirilməsi üçün (Nəqliyyatın daha səmərəli idarə edilməsi haqqında ) təlim və tədrislər təşkil etmək.

Tələblər:

- Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
- Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- Liderlik qabiliyyəti;
- Rus və ingilis dili biliyi;
- MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Nəqliyyat İstismarı Departamentinin müdiri” yazıb CV göndərməklə müraciət edilir.

Digər xəbərlər