Vakansiyalar

"Yelo Bank" işçi axtarır - VAKANSİYA

"Yelo Bank" işçi axtarır - VAKANSİYA | FED.az
19:53 11 Avq 2020

FED.az xəbər verir ki, "Yelo Bank" Pərakəndə biznes məhsullarının satışı departamentində Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsini müdiri vakansiyasını elan edir.

Eləcə də bax: "PAŞA Holdinq" işçi axtarır - VAKANSİYA

Vəzifə öhdəlikləri:

• Rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərinin yerinə yetrilməsi üçün uyğun siyasətin işlənib hazırlanması;
• Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların seçilməsi, işə qəbul olunması, yerləşdirilməsi və işdən azad olunması;
• Təliş işlərinin təşkili və aparılması ilə bağlı uyğun planın təşkili;
• Tədris proqramlarının yaradılması və testlərin hazırlanmasının təşkili;
• Əməliyyatçıların, kassa əməkdaşlarının və ofis menecerlərinin hədəflərinin müəyyən edilməsi, qoyulan hədəflərin yerinə yetirilməsinə nəzarət olunması və monitorinqlərin aparılması;
• Qeyri-kredit portfeli üzrə zəruri hesabatların aparılması;
• Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərin icrası;
• Bonus sisteminin hazırlanması;
• Satışla bağlı Marketinqə təkliflərin verilməsi;
• Satışın aparılmasına dair təkliflərin verilməsi;
• Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların məzuniyyət planlaşdırılmasına nəzarət;
• Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin vəzifə və əməkhaqqı məsələlərini təşkil etmək və ya əksinə hədəfləri vurmayan və işini düzgün aparmayan əməkdaşlara tədbirlərin görülməsi;
• Şöbənin əməkdaşlarının işinə nəzarət etmək.

Vəzifəyə uyğun Sizdən tələblərimiz:

• Bakın dəyərlərinə uyğun işlərin təşkili;
• Ali təhsil;
• 3 ilə qədər rəhbər vəzifədə iş təcrübəsi;
• Azərbaycan Respublikasının Banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR Mərkəzi Bankının filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqda bilik;
• Maliyyə və mühasibatlıq hesabatları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik hesabatların hazırlanması bacarığı;
• Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
• MS office və Bank proqramları (GNI və s.) üzrə yüksək biliklər.
• Yüksək səviyyədə rus dili biliyi, İngilis dili arzuolunandır;
• Yüksək dərəcədə analitik qabiliyyət;
• Səmərəli ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Məsuliyyətlilik;

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “RET-099” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Digər xəbərlər

Banner