Vergilər

Bu gün vergi xidməti əməkdaşlarının - PEŞƏ BAYRAMIDIR

Bu gün vergi xidməti əməkdaşlarının - PEŞƏ BAYRAMIDIR | FED.az
10:11 11 Fev 2020

Bu gün Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramıdır.

FED.az xəbər verir ki, Vergilər Nazirliyi 11 fevral 2000-ci ildə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında yaradılıb. Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramı 2005-ci ildən qeyd edilir.

Eləcə də bax: Vergilərdəki son dəyişiklikləri - ÖYRƏNMƏK ÜÇÜN FÜRSƏT

Vergilər Nazirliyi yaradıldıqdan sonra vergi orqanlarının strukturunun müasirləşdirilməsi ilə bağlı işlərə başlanılıb, yekunda vergi orqanlarının funksional əsasda fəaliyyət göstərən strukturun tətbiqinə üstünlük verilib. Struktur islahatlarına paralel olaraq qanunvericilik bazası formalaşdırılıb.

Nazirliyin 2000-ci ildə rəsmi internet səhifəsi yaradılıb ki, onun vasitəsilə qanunvericilikdə baş verən dəyişikliklər, vergilərə dair normativ aktlar operativ qaydada vergi ödəyicilərinə çatdırılır. Bir il sonra vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzi yaradılıb.

Hazırda Vergi Xidməti Azərbaycanın iqtisadiyyatında dövlət büdcəsinin formalaşmasında, eləcə də sahibkarlığın inkişafında mühüm rol oynamaqdadır.

Son bir neçə il ərzində aparılan yeniliklər nəticəsində sistem tamamilə şəffaflaşıb, indiyədək tətbiq edilən müxtəlif qeyri-rəsmi vergi hesablaşmaları aradan qaldırılıb, biznesdə aparılan yoxlamalar dəfələrlə azaldılıb.

Əvəzində vergi inzibatçılığı, hesabatlığıq və maarifləndirmə işləri gücləndirilib, iş adamları şəffaf fəaliyyətə dəvət edilib. 2018-2019-cu illərdə aparılan vergi nəzarəti tədbirləri ölkədə çoxsaylı yayınma hallarının olduğunu aşkar edib və həmin hallar aradan qaldırılıb.

Məhz bu tədbirlər nəticəsində ötən il büdcəyə vergi gömrük yüğımları 1 milyard manata yaxın artıb və bu artım hökumətə indiyədək görünməyə həcmdə sosial paketi reallaşdırmağa – maaş, pensiya və müavinətləri artırmağa imkan yaradıb.

Vergi mübahisələrinə yenidən baxılması və şikayətlərin araşdırılması üçün Vergi Ombudsmanı yaradılıb.

Bütün bu addımlar ölkə əhalisi və biznes arasında vergi xidmətinin işinə münasibəti kökündən dəyişib.

 Ötən ilin sonunda prezident İlham Əliyevin fərmanı ilə Vergilər Nazirliyinin İqtisadiyyat nazirliyi ilə birləşdirilməsi və Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin edilməsi digər məsələlərlə yanaşı, bizneslə iş aparan dövlət qurumlarının daha yaxşı koordinasiyalı fəaliyyətinə imkan verəcək.

İntizamlı vergi ödəyicisi olan FED.az peşə bayramı münasibətilə Vergi Xidmətinin əməkdaşlarını təbrik edir, onlara uğurlar və bütün vergilərin könüllü ödənilməsini arzulayır.

Digər xəbərlər

Banner