Banner
Banner

Vergilər

ƏDV ödəyicisi olan obyektlərə – XÜSUSİ LÖVHƏ VURULMALIDIR

ƏDV ödəyicisi olan obyektlərə – XÜSUSİ LÖVHƏ VURULMALIDIR | FED.az
16:29 18 May 2020

Azərbaycanda vergi yığımları və iqtisadi şəffaflaşma sahəsində ən maraqlı və, təkcə dövlət büdcəsi üçün deyil, əhali üçün də faydalı olan yeniliyə start verilib. 

Bu - ƏDV-nin bir hissəsinin geri qaytarılmasıdır. 

FED.az xəbər verir ki, yeni sistemin tətbiq edildiyi ilk gündən əhalinin və alıcıların böyük marağı yanaşmanın doğru olduğunu göstərib. 

Eləcə də bax: «Böyük şirkətdir, deyir ƏDV ödəyicisi deyilik» - «ƏDV GERİ AL» SORĞUSU

Faktiki olaraq ölkə əhalisi, vətəndaşlar iqtisadiyyatın şəffaflaşması prosesində dövlət qurumlarının müttəfiqinə çevriliblər. 

ƏDV-nin bir hissəsinin qaytarılması imkanı vətəndaşları nağdsız hesablaşmalara və kassa çeki tələb etməyə həvəsləndirir, bu da son nəticədə kölgə iqtisadiyyatının azalması, gəlirlərin və dövriyyələrin şəffaflaşması ilə nəticələnir. 

Bununla yanaşı, ilk vaxtlar aparılan müşahidələr göstərir ki, bəzi hallarda obyektlər vətəndaşların məlumatsızlığından və ya şirkətlərin fəaliyyəti ilə bağlı məlumatların bağlı olmasından sui-istifadə edərək bu prosesdən kənarda qalmağa çalışırlar. 

Bir qədər əvvəl FED.az-ın apardığı sorğu zamanı məlum olub ki, hələ də bəzi obyektlərdə yeni kassa aparatları tətbiq edilməyib, bir sıra obyektlər isə ümumiyyətlə ƏDV ödəyicisi olmadıqlarını əsas gətirərək belə çekləri verməkdən imtina edirlər. 

Fikrimizcə, bu əlverişli vəziyyətdə dövlət vergi xidməti məlumatlandırma işini daha da gücəndirmək və qeyri-müəyyənliyi aradan qaldırmaq üçün yeni təşəbbüslə çıxış edə bilər. Belə ki, ƏDV ödəyicisi olan bütün obyektlərin - ticarət, xidmət və sair – üzərində bunu göstərən xüsusi lövhə və ya nişan vurulmalıdır. Məsələn, «ƏDV qaytarılır» məzmunlu.

Bu zaman istifadəçilər obyektdə ticarət ediləcəyi halda ƏDV-nin bir hissəsinin geri qaytarılacağını dəqiq bilərək daha əminlikdə xidmətlərdən istifadə edəcək. Digər tərəfdən bu üsul vəziyyətdən yayınmaq istəyən obyektlərin saxtakarlıq etmək üçün imkanlarını azaldacaq. 

Bundan başqa, ƏDV ödəyicisi olan  obyektlərin hər birində azı bir belə kassa  aparatının olması təmin edilməlidir ki, ƏDV-ni geri almaq istəyən vətəndaşlar texniki problemlərə görə, dövlətin yaratdığı bu imkandan istifadə edə bilsinlər. 

ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür. 

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?