Banner

Vergilər

Müflis bankın aktivlərinin satışı 2023-ci ilədək - ƏDV-dən Azad Edildi

Müflis bankın aktivlərinin satışı 2023-ci ilədək - ƏDV-dən Azad Edildi | FED.az
15:22 26 Yan 2021

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi daha 2 il müddətinə ƏDV-dən azad edilib.

Eləcə də bax: Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən - Azad Edilir

FED.az xəbər verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən, bu müddət 2017-ci il yanvarın 1-dən 3 ildən 5 il müddətinə artırılır.

Layihəyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi müddətidə eyni müddətdə artırılır, yəni ƏDV-dən azad edilir. (Report)

Banner

Digər xəbərlər