Banner

Vergilər

Vergi daxilolmalarında ən yüksək artım - Rabitə Sahəsində Olub

Vergi daxilolmalarında ən yüksək artım - Rabitə Sahəsində Olub | FED.az
11:39 30 Aprel 2021

Cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunun bir sıra fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib.

Eləcə də bax: Vergi orqanlarının xətti ilə büdcəyə yanvar-martda 3,1 mlrd. manatdan çox vəsait - Daxil Olub

FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən verilən məlumata görə, qeyri-neft-qaz sektorunda sənaye, xidmət və rabitə üzrə daxilolmaların artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib.

Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5 faiz), sənaye sektorunda (23,1 faiz), xidmət sektorunda (15,7 faiz), ticarət sahəsində (2,5 faiz), digər fəaliyyət sahələrində (6,6 faiz) qeydə alınıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır. (Azərtac)

Banner
Banner

Digər xəbərlər