Banner

Vergilər

Vergilərdəki son dəyişiklikləri - ÖYRƏNMƏK ÜÇÜN FÜRSƏT

Vergilərdəki son dəyişiklikləri - ÖYRƏNMƏK ÜÇÜN FÜRSƏT | FED.az
11:57 30 Yan 2020

Yanvarın 31-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün “Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və tətbiq olunan yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri keçiriləcək.

Eləcə də bax: POS-terminalla ödəniş qəbul edən sahibkarlara vergi güzəşti edilir? - ƏTRAFLI İZAH

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə sahibkarlar Vergilər Nazirliyinin nümayəndələri tərəfindən vergi sahəsində dövlət siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Onlayn tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.

KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar  - http://bit.ly/38RwDrC

Digər xəbərlər

Banner