Banner

Regionlar

Azərbaycanda ən çox və ən az – PUL QOYULAN RAYON/ŞƏHƏRLƏR – TAM SİYAHI

Azərbaycanda ən çox və ən az – PUL QOYULAN RAYON/ŞƏHƏRLƏR – TAM SİYAHI | FED.az
15:13 6 Dek 2019

Azərbaycanın ayrı-ayrı rayon-şəhərlərinə hansı məbləğdə investisiya edildiyi məlum olub.

FED.az-ın məlumatına görə, yanvar-sentyabr aylarının nəticələrinə əsasən, ənənəvi olaraq ən böyük yatırımlar Bakı şəhərinə edilib. Belə ki, bu dövrdə ölkəyə yatırılan 10 milyard 146,2 milyon manatı kapital qoyuluşunun 6 milyard 291,6 milyon manatı və ya 62%-i paytaxtın payına düşüb.

Eləcə də bax: Azərbaycanda investisiyaların – ARTIB-AZALDIĞI RAYON/ŞƏHƏRLƏR – TAM SİYAHI

Sonrakı yerləri Sumqayıt şəhəri (339,2 milyon manat), Gəncə şəhəri (188,6 milyon manat), Abşeron rayonu (167,5 milyon manat) və Şəmkir rayonu (127,2 milyron manat) tutur.

Ən maraqlı göstəricilərdən biri Xızı rayonu ilə bağlıdır. FED.az-ın məlumatına görə, Bakı yaxınlığındakı bu kiçik rayona yanvar-sentyabr aylarında 122,4 milyon manat investisiya yatırılıb. Xızı bu göstərici ilə regional iqtisadi mərkəzlər sayılan Şəki (116,6 milyon manat) və Quba (100,2 milyon manat) rayonlarını da qabaqlayıb.

 Eləcə də bax: Azərbaycanın ən varlı və ən kasıb rayonları – SİYAHI MƏBLƏĞLƏR

Eləcə də bax: Azərbaycanda restoranların ən çox - PUL QAZANDIĞI RAYONLAR – SİYAHI

Bu dövrdə Azərbaycanda ən az yatırım edilən rayonlar isə Saatlı (4,1 milyon manat), Neftçala (4,9 milyon manat) və Naftalan (5,6 milyon manat) rayonlarıdır. 

 

Digər xəbərlər

Banner