Banner

Regionlar

Azərbaycanda investisiyaların – ARTIB-AZALDIĞI RAYON/ŞƏHƏRLƏR – TAM SİYAHI

Azərbaycanda investisiyaların – ARTIB-AZALDIĞI RAYON/ŞƏHƏRLƏR – TAM SİYAHI | FED.az
15:37 6 Dek 2019

Azərbaycanda kapital qoyuluşunun ən çox artdığı və azaldığı rayonlar məlum olub.

FED.az xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında 22 rayon və şəhərdə yatırımların artması, 36 rayon/şəhərdə isə azalması müşahidə edilib.

Eləcə də bax: Azərbaycanda ən çox və ən az – PUL QOYULAN RAYON/ŞƏHƏRLƏR – TAM SİYAHI

Bu dövrdə paytaxtda da kapital qoyuluşunn azalması qeydə alınıb.

FED.az-ın məlumatına görə, bu dövrdə kapital qoyuluşunun ən çox artdığı rayonlar Şirvan şəhəri (6,8 dəfə), Göyçay (2,9 dəfə), Quba (2,6 dəfə), Kürdəmir (2,5 dəfə) və Şəmkir (2,5 dəfə) rayonları olub.

Eləcə də bax: Azərbaycanın 37 rayonuna investisiya qoyuluşu - AZALIB

Yatırımların ən çox azaldığı rayon/şəhərlər isə Neftçala (10,6 dəfə), Bərdə (4 dəfə), Ağcabədi (3,8 dəfə), Hacıqabul (3,6 dəfə) və Cəlilabaddır (3,3 dəfə).

Digər xəbərlər

Banner