Banner

Regionlar

Büdcəyə ən çox/ən az pul köçürəcək - RAYON/ŞƏHƏRLƏR – SİYAHI, MƏBLƏĞLƏR

Büdcəyə ən çox/ən az pul köçürəcək - RAYON/ŞƏHƏRLƏR – SİYAHI, MƏBLƏĞLƏR | FED.az
13:19 25 Dek 2019

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə ən çox vəsait köçürəcək şəhər və rayonlar məlum olub.

FED.az xəbər verir ki, həmişə olduğu kimi, gələn il də mərkəzləşmiş büdcəyə ən çox vəsait Bakı şəhərindən daxil olacaq. Paytaxtdan dövlət büdcəsinə 6 milyard 613 milyon manat vəsait daxil olacaq.

Eləcə də bax: Azərbaycanda ən çox - PUL QOYULAN VƏ PUL QOYULMAYAN RAYONLAR – SİYAHI

Büdcəyə ödənilən vəsaitin həcminə görə, sonrakı yerləri Sumqayıt şəhəri (81,1 milyon manat) və Abşeron rayonu (34,8 milyon manat) tutur.

Gəncə və İmişli dövlət büdcəsinə  təxminən eyni məbləğ ödəyəcəklər (22,9milyon manat və 21,1 milyon manat).

Büdcəyə ən az vəsait ödəyəcək rayon isə Cəlilabad (786 min manat) və Siyəzəndir (901 min manat).

Eləcə də bax: Azərbaycanda ən çox və ən az – PUL QOYULAN RAYON/ŞƏHƏRLƏR – TAM SİYAHI

2020-ci ildə 27 rayon və şəhərdən mərkəzi büdcəyə vəsait ödənilməyəcək. Bunlardan Daşkəsən büdcədən vəsait də almayacaq, amma digər şəhər və rayonlar mərkəzi büdcədən pul alacaqlar.

Digər xəbərlər

Banner