Təhsil və elm

Valideynlərini itirmiş tələbələrin magistratura xərclərini - DÖVLƏT ÖDƏYƏCƏK

Valideynlərini itirmiş tələbələrin magistratura xərclərini - DÖVLƏT ÖDƏYƏCƏK | FED.az
13:03 17 Aprel 2020

Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.

Eləcə də bax: Bu tələbələrin ödədikləri təhsil haqqı onlara geri qaytarılacaq – NAZİRLİKDƏN AÇIQLAMA

FED.az xəbər verir ki bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq, birinci qəbul edilib.

Qeyd edək ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb.

Digər xəbərlər