Turizm

Koronavirus Gürcüstanda - TURİZMİ "VURDU"

Koronavirus Gürcüstanda - TURİZMİ "VURDU" | FED.az
10:33 26 Fev 2020

Koronavirus Gürcüstanda turizm gəlirlərinin xeyli azalmasına səbəb olub.

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.

Eləcə də bax: İranda yayılan koronavirus Azərbaycanın - TURİZM BAZARINI "VURACAQ"

Onun sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar Çinə və İrana birbaşa aviareyslərin dayandırılması səbəbindən Gürcüstanın turizm gəlirləri hər ay 30 milyon lari (10 milyon dollardan çox) azalır.

Nazir deyib ki, bu gün dünya ölkələri koronavirusdan əziyyət çəkir. Qlobal iqtisadiyyat, ticarət, turizm və digər sahələr ciddi maliyyə itkiləri ilə üz-üzədir. Gürcüstan hökuməti də bundan əziyyət çəkir.

“Gürcüstan hökuməti üçün əhalinin sağlamlığı daha vacibdir və biz insanlarımızın sağlamlığı üçün bütün imkanları səfərbər etmişik” - deyə, N.Turnava vurğulayıb.

Azərtac

Digər xəbərlər